Müşfiq
Hətəmov aktyora mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını
çatdırıb: «Muxtar Maniyev Azərbaycanın görkəmli aktyorlarından biridir və onun
Azərbaycan kinosunun inkişafında böyük rolu olub. Aktyorun səhhəti, sağlamlıq
durumu Mədəniyyət və Turizm Nazirliyinin, şəxsən Əbülfəs Qarayevin hər zaman
diqqətindədir. Gələn il Muxtar müəllimin 80 yaşı tamam olacaq. O, Azərbaycan
kinosunda baş verən hadisələri yaxından izləyir. Bir müddət əvvəl səhhətində
problemlər yaranmışdı, indi özünü yaxşı hiss edir. Yaxşı hal odur ki, aktyor
bundan sonra da kinoya çəkilmək, Azərbaycan kinosuna öz töhfəsini vermək
istəyir».
Xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. 100-dək filmdə («İnsan məskən salır», «O qızı tapın», «Bizim Cəbiş müəllim», «Uşaqlığın son gecəsi», «Babək», «Nəsimi», «Nizami», «Qanlı zəmi», «Ölsəm... bağışla» və s.) irili-xırdalı rollar oynayıb, maraqlı obrazlar yaradıb.