Vaxt.Az

İrana güclü hücum ehtimalı var


 

Yaxın bir həftədə fars-molla rejiminin taleyi həll olunacaq, maksimum müddət 90 gün

İrana güclü hücum ehtimalı var ABŞ Prezident Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşüb. Görüşdə əsas müzakirə mövzusu İran və Yaxın Şərqdə baş verən hadisələr olub.

Donald Tramp bildirib ki, İranla danışıqlar nəticə verməsə, İran böyük təhlükə altında olacaq. ABŞ prezidenti İranın nüvə silahı ola bilməz tələbini bir daha vurğulayıb­: “Danışıqlar nəticə verməsə, İran üçün pis gün olacaq”.

“Şənbə günü iranlılarla çox yüksək səviyyədə çox mühüm, birbaşa görüşümüz olacaq. Bəziləri deyir ki, bu danışıqlar vasitəçiliklə olacaq, mən isə yox deyirəm. Biz onlarla birbaşa əlaqə saxlayırıq və bəlkə razılaşa bilərik. Bu, İran üçün çox yaxşı bir razılaşma olardı. Nə baş verdiyini görməliyik”, – Tramp deyib.

Xameneyi son günlər dəfələrlə ABŞ-la birbaşa danışıqlara icazə verməyəcəyini bildirib, lakin Tramp bu gün İranla yüksək səviyyəli, birbaşa və vasitəçisiz danışıqların davam etdiyini bildirib. Əgər Tramp haqlıdırsa, güc çox güclü olmasa, Xameneyinin gücə boyun əyməyəcəyi bir daha aydın olacaq!

Benyamin Netanyahu Trampla görüşdə İslam Respublikasının nüvə proqramını ləğv etmək üçün “Liviya modeli”ni həyata keçirməyə çağırıb.

***

İordaniyanın “Ət-Təğyir” xəbər kanalı gələn həftə İrana hücum ehtimalının yüksək olduğunu bildirən təcili reportaj yayımlayıb.

Qeyd olunur ki, yeddi günə İrana qarşı müharibə başlayacaq.

İsrail əməliyyatın başlaması üçün vaxt təyin edib. Məqsəd Tehran rejimini devirməkdir və bu rejimə son qoymaq üçün maksimum müddət 90 gün müəyyən edilib.

Birləşmiş Krallıq aviasiya və dəniz qüvvələri dəstəyi ilə hücumda iştirak edəcək və əməliyyat yaxın 7 gün ərzində başlayacaq.

Amerika qüvvələrinin komandanı Maykl Korilla hazırda İsraildədir və hücuma rəhbərlik etmək üçün əməliyyat otağı yaradıb.

 





08.04.2025    çap et  çap et