Vaxt.Az

“İrşad Elektroniks”dən saxtakarlıq


 

Mağazalar şəbəkəsinin reklam roliki PLAGİATDIR

“İrşad Elektroniks”dən saxtakarlıq “İrşad Elektroniks”in təqdim etdiyi reklam filmi məşhur “Simpsonlar” cizgi filminin parodiyasıdır. Təqdim olunan reklam filmi, əslində açıq-aşkar intellektual mülkiyyət pozuntusudur. Burda nə “copyright” (sürət köçürülməsi), nə “trademark” (ticarət markası), nə də “fair use” (istifadə hüququ) prinsipləri nəzərə alınıb. Bütün xarakterlər, vizual üslub və brend elementləri “The Simpsons” franşizasından icazəsiz şəkildə götürülüb. Bu isə həm plagiat, həm də kommersiya məqsədli hüquq pozuntusu sayılır.

Belə məsuliyyətsiz və hüquqi əsasdan məhrum kontent nə sənətə xidmət edir, nə də kreativliyə... Başqasının beynəlxalq səviyyədə qorunan brendini bu cür “yerli versiya” adı ilə sui-istifadə etmək – həm etikaya ziddir, həm də hüquqi nəticələr doğura bilər.

Əgər sənət və yaradıcılıq iddiası varsa, o zaman ilk növbədə əqli mülkiyyət hüquqlarına hörmət olunmalıdır.

Əgər kontent sosial platformalarda yayılsa, həngamə o vaxt olacaq. Reklam roliki müəllif hüquqları sahiblərinin diqqətini çəksə, “Disney+” və ya “Fox Broadcasting Company” (“The Simpson”un hüquq sahibləri) tərəfindən hüquqi xəbərdarlıq (cease and desist) və ya birbaşa məhkəmə iddiası ilə qarşılaşa bilər...

 





08.04.2025    çap et  çap et