Məsələdən xəbəri olan başqa bir məmur, Çatfildin müvəqqəti yerinə Ordu Milli Qvardiyasının zabiti briqada generalı Şon Flinnin təyin ediləcəyini söylədi.
Çatfild prezident Donald Trampın vəzifəyə başlamasından sonra dörd qadın da daxil olmaqla işdən çıxarılan doqquzuncu yüksək rütbəli ABŞ hərbi qulluqçusu olacaq.
***
Fevralın 11-də ABŞ-ın müdafiə naziri Pit Heqset çıxışında “(Pentaqon) qərargahında çoxsaylı gərəksiz işçilər sayı var ki, bunları həll etmək lazımdır. Buna heç bir şübhə yoxdur”.
Qərargah rəisi Çarlz Braunu qəflətən vəzifəsindən uzaqlaşdıran və onun yerinə Hərbi Hava Qüvvələrindən general-leytenant rütbəsi ilə təqaüdə çıxan Den Keyni namizəd göstərən prezident Tramp eyni zamanda Heqsetə ordunun yuxarı eşelonlarında 5 yüksək rütbəlini dəyişdirməyi tapşırıb.
Heqset, həmçinin Hərbi Dəniz Qüvvələrinin rəisi admiral Liza Françetti və Hərbi Hava Qüvvələri komandanlığında ikinci general Cim Slayfın vəzifədən alındığını açıqlayıb.