Vaxt.Az

Avropada gözəlik salonlarına basqınlar


 

Almaniyada 7 müəssisə bağlanıb, türk işçilər deportasiya edilir

Avropada gözəlik salonlarına basqınlar Avropadakı gözəllik salonları vergidən yayınmalarına görə yaxından nəzarət altındadır. Almaniyada bərbərləri hədəf alan yoxlamalar nəticəsində 7 salon bağlanıb, qeyri-qanuni miqrant Türkiyə vətəndaşı həbs edilib.

Həftə sonu Almaniyanın Duysburq şəhərində keçirilən genişmiqyaslı əməliyyat bütün Avropada bərbər salonlarına basqınlar kampaniyanın son nümunəsi oldu. Bələdiyyə, polis, gömrük və vergi müfəttişlərinin birgə apardığı yoxlamalar zamanı lisenziya və ticarət reyestrinin olmaması səbəbindən 7 salon bağlanıb.

***

Baxış zamanı gözəllik salonunda işləyən Türkiyə vətəndaşı qaçmağa çalışsa da, polis tərəfindən yaxalanıb. Məhkəməyə çıxarılan şəxsin deportasiya edilməsinə qərar verilib.

***

Bəzi zallarda qanunsuz maddələr də aşkar edilib. Tərkibində testosteron olan dərmanlar müsadirə edilərkən, narkotik aşkar olunması iddiası qaldırılıb.

***

Almaniya, Fransa, Belçika, Hollandiya kimi ölkələrdə də oxşar yoxlamaların artdığı qeyd edilir. Bərbər sektorunda geniş yayılmış qeyri-qanuni miqrant işlədilməsi, qeyri-qanuni məşğulluq və vergidən yayınma səbəbindən bütün Avropada bələdiyyələr və maliyyə audit bölmələri daha sərt nəzarətlər həyata keçirməyə başlayıb.

 





08.04.2025    çap et  çap et