Vaxt.Az

Ayrı-ayrı otaqlarda oturacaqlar


 

Tehran və Vaşinqton aprelin 12-də Omanda “danışıqlar” aparacaq

Ayrı-ayrı otaqlarda oturacaqlar

İranın xarici işlər naziri Abbas Araqçı şənbə günü ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Tehranla danışıqlar apardığını təsdiqləməsindən bir neçə saat sonra İran və ABŞ-ın Omanda “yüksək səviyyəli dolayı” danışıqlar aparacağını bildirib.

Nazir “X” platformasında verdiyi açıqlamada İran və ABŞ-ın yüksək səviyyəli dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəyini açıqlayıb. Abbas Araqçı, “Bu, bir sınaq olduğu qədər də bir fürsətdir. İndi top ABŞ-ın meydanındadır, – deyib.

Üç İran rəsmisi ABŞ-ın “The New York Times” (NYT) qəzetinə bildirib ki, Tehran və Vaşinqton nümayəndələrinin dolayı danışıqlar üçün şənbə günü Omanda görüşməsi planlaşdırılır.

Bununla belə, İran rəsmiləri Tehranın bu danışıqların mahiyyətini başa düşməsinin Trampın dediyindən qismən fərqli olduğunu açıq şəkildə bildirərək, hər iki tərəfin ayrı-ayrı otaqlarda oturacağını və Oman diplomatlarının iki tərəf arasında mesajlar çatdıracağını bildiriblər.

NYT həmçinin bildirib ki, İran rəsmiləri dolayı danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunarsa, Tehranın Vaşinqtonla birbaşa danışıqlara açıq olduğunu bildirib.

 





08.04.2025    çap et  çap et