Vaxt.Az

İraq yaraqlıları silahı yerə qoyur


 

İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib

İraq yaraqlıları silahı yerə qoyur Bir siyasətçi, SEPAH-a bağlı terror təşkilatlarının (“Hizbullah”, “Nücəbə”, “Seyid əl-Şühəda” və Ənsarullah əl-Avfiyyə) yüksək rütbəli komandirləri “Reuters” agentliyinə bildiriblər ki, İranın dəstəklədiyi İraq qrupları ABŞ prezidenti Donald Trampın qəzəbindən yayınmaq üçün ilk dəfə olaraq silahlarını yerə qoymağı düşünürlər.

“Hizbullah” briqadalarının komandirlərindən biri açıqlamasında deyib: “Tramp bizimlə müharibəsini daha da pis səviyyələrə çatdırmağa hazırdır. Biz bunun fərqindəyik və belə pis ssenaridən qaçmaq istəyirik”.

Mənbələrin bildirdiyinə görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraq qruplarına Vaşinqton və ya İsraillə dəhşətli nəticələrə səbəb ola biləcək münaqişədən qaçmaq üçün sərbəst şəkildə lazımi tədbirlər görmək səlahiyyəti verib.

Hakim koalisiyaya yaxın şiə siyasətçi İzzət əl-Şəbəndər İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə İraq silahlı qruplaşmalarının liderləri arasında danışıqların qabaqcıl mərhələdə olduğunu və qrupların tərksilah etməyə hazır olduğuna dair işarələrin olduğunu deyib.

 





08.04.2025    çap et  çap et