Vaxt.Az

Yalnız qadınlar üçün parklama


 

Yaxşı işıqlandırılan, bol kameralı və çıxışa yaxın yerlərdə

Yalnız qadınlar üçün parklama Paris şəhəri qadınların təhlükəsizliyini təmin etmək üçün yaxşı işıqlandırılmış yerlərdə yalnız qadınlar üçün nəzərdə tutulmuş parklama yerlərini kameralarla sınaqdan keçirməyə hazırlaşır.

İctimai yerlərdə özlərini daha təhlükəsiz hiss etmələri üçün xüsusi olaraq qadınlara parkinq yerlərinin olması ideyası gündəmə gətirilib. 8-11 aprel 2025-ci il tarixləri arasında keçiriləcək Paris Şəhər Şurasının iclasında Modem və müstəqillər qrupunun təqdim edəcəyi təkliflə bəzi bələdiyyə avtoparklarında yalnız qadınlar üçün park yerləri sınaqdan keçiriləcək.

Bu xüsusi dayanacaqların ən yaxşı işıqlandırılan yerlərdə, girişə yaxın olması və təhlükəsizlik kameraları ilə izlənilməsi nəzərdə tutulub. Layihə ictimai məkanlarda təhlükəsizliyi və əlçatanlığı artırmaq üçün konkret həllər tətbiq etmək məqsədi daşıyır.

Tətbiqin ilkin dəfə 2024-cü ilin sentyabrında Metz şəhərində başlanmış oxşar pilot layihədə sınaqdan keçirilib. Metzdəki təcrübə yeraltı avtoparkda cinsi təcavüzdən sonra həyata keçirilib.

Bununla belə, bəzi xanım sürücülər yalnız qadınlar üçün nəzərdə tutulmuş parklama yerlərinin az olması, təhlükəsizlik kameralarının olmaması, mühafizəçilərin kifayət etməməsi kimi problemlərin də həll edilməlisini tələb edirlər.

 





08.04.2025    çap et  çap et