Putin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyini maksimum dərəcədə təmtəraqlı keçirməyə çalışır ki, Rusiyanı bu qələbənin əsas müəllifi kimi göstərə bilsin.
Çünki Qərb ölkələrinin bu qələbənin kimin adına yazılması məsələsində fərqli mövqeyi Putini həm qıcıqlandırır, həm də narahat edir.
Ona görə də “Qaliblərin xatirəsi. Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” beynəlxalq forumunun açılışında çıxışı zamanı Rusiya lideri qeyd edib ki, hazırda “bir çox ölkələrdə nasizm və rusofobiya qəsdən təşviq edilir. SSRİ-nin Böyük Vətən Müharibəsində əldə olunan qələbədəki rolunun təhrifinə dair cəhdlər də var”.
Putler anlaya bilmir ki, bu gün bir çox ölkələrdə nasizm və rusofobiyanın artmasının günahkarı onun özüdür.
Sən Rusiyanı nasist, şovinist, təcavüzkar ölkəyə çevirirsənsə, bunun müqabilində sənin ölkənə və xalqına qarşı nifrətin artmasına nə üçün təəccüblənirsən?
Qonşu dövlətlərin ya ərazilərinə göz dikir, yada ki, onları Rusiyanın “arxa bağçası” hesab edib öz təsir dairəndə saxlamağa çalışırsansa, o ölkələrdə rusofobiyanın artması normal deyilmi, cənab Vladimir Vladimroviç?