Vaxt.Az

Azərbaycanlı fəalların məhkəməsi başlayıb


 

İranla Ermənistanın əlaqələrinə etiraz etdiklərinə görə

Azərbaycanlı fəalların məhkəməsi başlayıb Azərbaycanlı milli-mədəni fəallar Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb. Azərbaycanlı fəalların məhkəmə iclası iyunun 19-da (xordadın 29-da) Marağanın inqilab məhkəməsində başlayıb. Hakim Davərniya milli-mədəni fəalların ittihamını, milli təhlükəsizliyi pozmaq istəyən qrupa üzv olmaqda bildirib. Fəallar və onların vəkilləri irəli sürülən ittihamı rədd edib və öz hüquqlarını müdafiə ediblər. Yerli vaxtla saat 12:00-da başlayan məhkəmə iclası saat 14:00-a qədər davam edib. Prosesin davamı hakim tərəfindən başqa bir zamana saxlanılıb.Azərbaycanlı fəalları vəkil Fatima Səttari və Cəfər Əfşarniya müdafiə edirlər.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəallar, Marağada 2013-cü il yanvarın 13-də (1391-ci il deyin 24-də) İranla Ermənistanın genişləməkdə olan əlaqələrinə qarşı keçirilən kütləvi etirazdan bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıblar. Onlar Marağa və Binab şəhərlərində yerləşən öz evlərində yaxalanıblar.
 





20.06.2013    çap et  çap et