Mexaniki sayğacların smart tipli
sayğaclarla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, smart
tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart
kartların verilməsi, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğac
kartlarının verilməsi, eləcə də səbəbindən asılı olmayaraq istənilən ödəniş
provayderi vasitəsi ilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi kimi
xidmətlər də «ASAN xidmət» mərkəzlərində həyata keçiriləcək.
Xidmətlərin əhatə dairəsi genişləndikdən
və yeni növ xidmətlərin tətbiqindən sonra Bakı şəhərindəki Qaz istismar
sahələri tərəfindən bu xidmətlərin göstərilməsi dayandırılacaq.
İstehlakçılarla münasibətlərin təkmilləşdirlməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı şəhərində «Azəriqaz» İB-nin ayrıca fəaliyyət göstərən Müştəri xidmətləri ofisinin açılması da planlaşdırılır.