Vaxt.Az

25 minik, 4 yük maşını yandı


 

Tanker aşması fəlakətə səbəb oldu

25 minik, 4 yük maşını yandı Braziliyanın Santa Katarina əyalətində tonlarla etanol daşıyan yük maşını şossedə hərəkət edərkən aşıb.

tanker dərhal alovlandı, digər zolaqdakı avtomobillər isə alov topuna düşdü. Yola çoxlu miqdarda etanol tökülüb və bir çox avtomobil də yanıb.

“The Sun” qəzetinin məlumatına görə, qəza nəticəsində 25 minik və 4 yük maşını zərər çəkdiyi halda, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Tanker sürücüsü və həyat yoldaşı qol və ayaqlarından yanıq xəsarətləri alıblar.

 





09.04.2025    çap et  çap et