Aprelin 2-də Ağ Evdə 185 ölkəyə qarşılıqlı tariflər tətbiq edən fərmanı imzalayan ABŞ prezidenti Donald Tramp bu gün enerji fərmanının imzalanma mərasimindəki çıxışında tətbiq etdiyi vergilər sayəsində gündə 2 milyard dollar qazandıqlarını açıqlayıb. “Bu, sözün əsl mənasında, pul yağışıdır”, – Tramp deyib.
Bu fərman ABŞ-ın bir çox ticarət tərəfdaşlarından idxal edilən mallara əlavə vergilər tətbiq edərək, bütün dünyada bazarları alt-üst etdi. Xüsusilə, Çinə tətbiq etdiyi tarifə cavab olaraq tarifi 104 faizə çatdıraraq ticarət müharibəsinin fitilini alovlandırdı.