“Fitch” ABŞ tariflərinin maliyyə təsirinin qarışıq olduğunu və əsas problemləri həll etməyəcəyini söylədi.
Bəyanatda deyilir ki, tarif gəlirləri ABŞ-ın 2025-ci ildə büdcə kəsirini daraltmağa kömək edəcək, lakin iqtisadi artıma vurulan zərbə və əlavə vergi endirimləri uzunmüddətli fiskal faydaları məhdudlaşdıracaq.
Agentlik bildirib ki, uzunmüddətli xərcləmə təzyiqləri aradan qaldırılmasa, ABŞ-ın borcunun ÜDM-ə nisbətini sabitləşdirmək çətin olacaq.
Açıqlamada aprelin 2-də açıqlanan qarşılıqlı tariflərlə ABŞ-ın effektiv tarif dərəcəsinin təxminən 25 faizə yüksəldiyi xatırladılıb və qeyd edilib ki, daha yüksək effektiv tarif dərəcəsi digər şərtlər sabit qaldıqda gəlirin daha çox artması deməkdir.
***
“Lakin biz hesab edirik ki, tariflər ABŞ-ın tənəzzül risklərini əhəmiyyətli dərəcədə artırır və FED-in qiymətlərə gözlənilən şoku nəzərə alaraq faiz dərəcələrini daha da azaltmaq imkanını məhdudlaşdırır”, – bəyanatda deyilir.
Açıqlamada daha kəskin iqtisadi yavaşlamanın qeyri-tarif gəlirləri üzərində əhəmiyyətli təzyiq yaradacağı, xərcləri artıracağı və bu təsirlərin tariflərdən qaynaqlanan gəlirlərin ani artımını gecikdirəcəyi, lakin maliyyə bazarının volatilliyindən yaranan mənfi təsirlərlə birlikdə 2026-cı ilə qədər özünü büruzə verəcəyi bildirilib.