Vaxt.Az

“Hizbullah” şərtlərini açıqladı


 

Livan rəhbərliyinin dialoq kanallarını açıq saxladığı bildirilir

“Hizbullah” şərtlərini açıqladı Adının çəkilməməsi şərti ilə “Reuters”ə danışan “Hizbullah” terror təşkilatının yüksək rütbəli rəsmisi İsrail ordusunun hücumlarını dayandırıb Livanın cənubundan geri çəkiləcəyi təqdirdə silahlarını yerə qoymaq üçün danışıqlara başlamağa hazır olduqlarını bildirib.

“Hizbullah” rəsmiləri İsrailin hücumların dayandırılmasını və geri çəkilmənin tamamlanmasını istəyirlər.

Digər tərəfdən, hesabatda İranın dəstəklədiyi “Hizbullah” terrorçularını tərksilah etməyə məcbur etmək səylərinin dekabrda Bəşər Əsəd rejiminin devrilməsindən sonra sürətləndiyinə diqqət çəkilir. Tehran və “Hizbullah” arasında tədarük xəttinin əhəmiyyətli bir hissəsi Suriya ərazisindən keçirdi.

İki ildən artıq prezident seçilə bilməyən Livanda yanvarın 9-da Livan parlamentində keçirilən sessiyanın ikinci turunda Cozef Aun lazımi sayda səs toplayaraq ölkənin yeni lideri seçilib.

ABŞ-ın dəstəklədiyi keçmiş baş qərargah rəisi Aun “Hizbullah”ı silahlarını yerə qoymağa inandırmaq üçün tez-tez dialoqa çağırıb. Noyabrda ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması çərçivəsində Livan ordusunun tədricən “Hizbullah”ın mövqelərini ələ keçirməsi, şiə təşkilatının isə silahı yerə qoyması gözlənilir.

Cozef Aunun sələfi Mişel Aun “Hizbullah”ın dəstəklədiyi namizədlərdən biri idi. Səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatacaq Mişel Aunun gedişi ilə İranın Livandakı təsirinin zəiflədiyi də qiymətləndirilib.

Adının açıqlanmasını istəməyən “Reuters”ə danışan Livan rəsmiləri “Hizbullah” terrorçularının silahlarının yerə qoyulması prosesinə başlamaq üçün dialoq kanallarının yaradıldığını bildiriblər.

“Hizbullah” lideri Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail ordusunun hücumu nəticəsində öldürülüb. Onun yerinə gələn Naim Kasım martın 29-da verdiyi açıqlamada atəşkəs və tərksilahla bağlı diplomatik kanalları açıq saxladıqlarını, lakin İsrailin razılaşmaya əməl etmədiyi təqdirdə “başqa variantlardan” istifadə edilə biləcəyini bildirib.

 





09.04.2025    çap et  çap et