Bu addımların fonunda türk dünyasının birləşməsi yolunda əsas körpü olan Azərbaycanın mövqeyi çox maraqla izlənilən məsələ idi. Lakin çox gözləməyə və rahatsız olmağa dəymədi. Zatən, əvvəldən Prezident İlham Əliyevin mövqeyini bilirdik. Çünki Şimali Kipr Türk Respublikasının fəaliyyətindəki dinamizmə İlham Əliyev çox böyük önəm verirdi.
ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident bu məsələ ilə bağlı qəti bir mesaj verdi. Elə bir mesaj ki, hər kəs bu mesajdan öz payını ala bilir!
Prezident Azərbaycanın dəyişməz mövqeyini açıq və birmənalı şəkildə bəyan etdi: “Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı... Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.
Mövqe, siyasət, prinsipiallıq, türk dünyasının birləşməsinə gedən yol budur!
Prezidentin bu mesajı onun ədalətli dünya uğrunda bəyan etdiyi fikirlərdən bir addım da geri çəkilməyəcəyinin sübutudur!