Almaniyada bu yaxınlarda keçirilən sorğu narahatlıq doğurub. İfrat sağçı və anti-immiqrant AfD daha çox səs toplayır. Son sorğu ilə AfD Almaniyada ilk dəfə birinci oldu!
“Ipsos” institutunun keçirdiyi sorğuya görə, AfD yüzdə 25 ilə birinci yerdədir! CDU/CSU 24 faiz səslə ikinci olub.
SPD-nin səsləri dəyişməz qalıb və o, 15 faizlə üçüncü olub.
Cəmi 2 ay əvvəl keçirilən seçkilərdə CDU/CSU 28,5 faiz səs toplayıb. AfD 20,5 faiz səs toplayıb. 2 ay ərzində vəziyyət əks istiqamətdə dəyişdi.
AfD-nin birinci partiya statusuna yüksəlməsi Almaniyada narahatlıq yaradır.