Vaxt.Az

Hər kəs evinə çəkilir


 

Ukraynayla bağlı Krımsız razılaşma

Hər kəs evinə çəkilir Cenevrədə (İsveçrə) Ukrayna razılaşması əldə olunub. «Media forum» saytı xəbər verir ki, aprelin 17-də ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının ali komissarı Ketrin Eşton və Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşitsanın gərgin danışıqlarından sonra birgə bəyanat qəbul olunub.

Razılaşmaya görə, Ukraynada bütün tərəflər hər cür zorakılıqdan, ayrı-seçkilikdən imtina etməli, qanunsuz silahlı birləşmələr tərksilah olunmalı, zəbt olunmuş binalar, küçə və meydanlar boşaldılmalıdır. Silahı könüllü təhvil verən, tutulmuş dövlət binalarını öz xoşu ilə tərk edənlərə (ağır cinayət törətmiş şəxslərdən savayı) amnistiya vəd olunur. Razılaşmaya riayət olunmasına ATƏT-in xüsusi monitorinq missiyası nəzarət edəcək.

Bəyanatda Rusiyanın işğalı altında olan Krım bölgəsinə toxunulmur.

 





18.04.2014    çap et  çap et