***
Lahav Şapira hücumdan sonra sifətində sümüklər sınıb və beyin qanaması keçirib. Hazırda Berlin Tiergarten Magistrates Məhkəməsində “təhlükəli bədən xəsarəti yetirmək” ittihamı ilə mühakimə olunan Mustafa hücumun ağırlığını etiraf etsə də, lakin antisemit olmadığını iddia edib. O, müdafiə çıxışında deyib: “Zədənin ölçüsünə görə üzr istəyirəm. Bu, mənim niyyətim deyildi”. Kikboksinq təhsili aldığı bilinən Mustafa döyüş idmanında təcrübəsini lazımınca dəyərləndirmədiyini iddia edib.
***
Prokurorluq hücumun antisemit motivlərlə törədildiyini düşünür. Fələstin əsilli ailənin övladı olan Mustafa, Berlin-Neukölln şəhərində anadan olub və Almaniya vətəndaşıdır. Bununla belə, o, hücumun antisemitizmlə heç bir əlaqəsi olmadığını, qurbanın “WhatsApp” qrupunda “hörmətsiz münasibəti”nə və universitetdəki bəzi plakatları cırdığına görə qəzəbləndiyini bildirib.
***
Zərərçəkmiş tələbə Lahav Şapira hadisədən sonra dəfələrlə əməliyyat olunduğunu, burnunun tamamilə dəyişdirildiyini, üzünə metal lövhələr taxıldığını və uzun müddət evdən çıxa bilmədiyini bildirib. Hazırda universitetdə mühafizə altında yaşayan Şapira “Məni az qala öldürəcəkdi”, – deyib.
Şapira Həmas girovlarının azad edilməsi kampaniyalarında iştirak edib və Berlindəki universitetində İsrail əleyhinə fəaliyyətlərə etiraz edib. Onun babası 1972-ci ildə Münhen Olimpiadasında fələstinlilər tərəfindən öldürülüb.
Mustafa məhkəmədə zərərçəkənə 5500 avro təzminat təklif etdiyini və bu pulu özü ilə gətirdiyini bildirib. Lakin bu təklif rədd edilib. Məhkəmə hadisənin motivlərinin aydınlaşdırılmasını prioritet hesab edir.
***
Təqsirləndirilən şəxsin universitetlə əlaqəsi kəsilib. Məhkəmənin qərarı aprelin 17-də elan olunacaq. Bu işdə digər diqqətçəkən məqam hakimin türk olmasıdır.
Hakim Şahin Sezer antisemitizm səbəbiylə törədilən hücumun çəkindirmə məqsədi ilə şərti cəza almasının mümkün olmadığını bildirib.