Xatırladım ki, sözügedən forumda Avropa Birliyi (AB) tərəfindən Mərkəzi Asiya dövlətlərinə dəstək və investisiya üçün 10 milyard avronun səfərbər olunması barədə razılığa gəlinib.
Ola bilsin ki, həm maliyyələşdirmə ilə bağlı razılaşmanın, həm də AB-Mərkəzi Asiya Sammitinin ön şərtlərindən biri də Cənubi Kiprlə bağlı olub.
Bəlli olduğu kimi, 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv qəbul olunub. Bundan sonra Avropa Birliyinə üzv olan Cənubi Kipr və Yunanıstan bu qərarın sabotaj edilməsi üçün ən müxtəlif səviyyələrdə hərəkətə keçiblər. Görünən odur ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan “balans yaratmaq” və AB başbilənlərinin, çox güman ki, Cənubi Kipr və Yunanıstanın müraciəti əsasında “yaranan narahatlıqlarını” aradan qaldırmaq üçün belə bir addım atmaq qərarına gəliblər. Şübhəsiz ki, bu bir ehtimaldır və zənnimcə, əlavə şərhə də ehtiyac yoxdur.
Azərbaycan nümunədir – dostluqda da, qardaşlıqda da, cəsarət və qətiyyətdə də...
Ümid edirəm, bu nümunə nə zamansa Türk Dünyasının ideoloji “onurğa sütunu” bu təşkil edəcək və bu gün tərəddüd edənlər Türk Dövlətləri Təşkilatının gələcəyinə Azərbaycanın strateji baxış bucağından baxa biləcəklər.