Vaxt.Az

ADA-dan dünyaya mesajlar


 

İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”

ADA-dan dünyaya mesajlar Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusundakı Beynəlxalq Forumda çıxışı zamanı çox mühüm mesajlar verdi.

Prezident Əliyev Ermənistanla sülh sazişi, Amerika ilə təmaslar, Rusiya-Ukrayna müharibə münaqişəsi, habelə Türkiyə, İsrail, İran və Avropa Birliyi (AB) ilə bağlı strateji məqamlara aydınlıq gətirib.

Qısa xülasə:

– Sülh sazişi ilə əlaqədar danışıqlar zamanı İrəvanın manipulyasiyaları Bakıda ciddi narazılıq yaradır. Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik.

– Tehranla münasibətlərdə müəyyən suallara cavab verilməlidir. M.Pezeşkianın gözlənilən səfəri də bu baxımdan mühüm sayıla bilər.

– Tramp administrasiyasının dövründə Amerika ilə əlaqələrdə yenidən yüksəlmə olacaq.

– Trampın prezident seçilməsi Ermənistanın siyasi rəhbərliyini məyus etdi. Onlar əksini gözləyirdilər.

– Gürcüstanla münasibətlər strateji bir əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var.

– Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu, heç şübhəsiz belədir.

– İsraillə təmaslar Azərbaycan dövlətinin maraqları tələb edəcəyi şəkildə davam edəcək.

– Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, müharibənin beynəlxalq hüquq çərçivəsində sülh sazişi ilə başa çatmasını gözləyir.

 





09.04.2025    çap et  çap et