ABŞ prezidenti Donald Tramp onunla əlaqə saxlayan və cavab tədbirləri görməyən 75-dən çox ölkə üçün əlavə rüsumların tətbiqi ilə bağlı 90 günlük möhlət verib.
Tramp “Truth Social” hesabındakı paylaşımında bu ölkələrin yalnız 10 faiz vergi ödəyəcəyini bildirib.
Tramp həmçinin Çinə tətbiq edilən tarifləri 125 faizə qaldırdıqlarını açıqlayıb.