Çində qızıl ümumiyyətlə zərgərlik və ənənəvi məqsədlər üçün alınsa da, fərdi investorların da qızıla tələbatı yüksəkdir. Son qızıl investisiyalarının çoxu bu investorlardan gəldi. İlin əvvəlindən qoyulan investisiya ötən ilin ümumi həcminin 80 faizini təşkil edir.
Qızıl bütün dünyada böhran dövründə investorlar üçün etibarlı sığınacaq olaraq görülür və qızılın önümüzdəki günlərdə də yüksəlişinin davam edəcəyi düşünülür.
“Shenzhen Cowin Asset Management”in baş meneceri Yu Yinqdonqa görə, makro qeyri-müəyyənlik olduqda fond riskləri sığorta etmək üçün qızıl və istiqrazlara axır.
Çindəki investorlar riskli aktivlərdən uzaqlaşarkən qızıla üz tuturlar. Təkcə mart ayında Çində 5,3 milyard yuan (717 milyon dollar) dəyərində səhmlər alınıb.