Xəbər çıxan kimi “Brent” markalı neftin 1 bareli 59 dollardan 65 dollara qalxdı. Birjalarda 6-10 faiz ətrafında artımlar baş verdi.
02-09 aprel tarixlərində milyonlar, milyardlarla dollarlar itirənlər də oldu, qazananlar da var. Səhmlər və qiymətli kağızlarda ciddi əl dəyişmələr baş verdi.
Amma... qlobal iqtisadiyyat düzələcək deyə sevinmək doğru olmaz. ABŞ Çinə tətbiq etdiyi tarifləri 125 faizə qaldırdı. Çin isə ABŞ mallarına 84 faiz tarif tətbiq edəcəyini bildirdi. Maraqlı vəziyyət yaranır. Çin mallarını digər ölkələr, xüsusilə Avropa ölkələri, Türkiyə ABŞ bazarında qismən də olsa əvəz edə biləcəklər? Hər halda şans yaranır...
Bu gündən etibarən tamamilə yeni bir vəziyyət meydana çıxır. ABŞ bununla Çinin digər iqtisadi güc mərkəzləri, inkişaf etmiş ölkələrlə birgə hərəkət etməsinin qarşısını aldı.
Ölkələr ABŞ-yə güzəştlər üçün müraciət edirlər. ABŞ bu 90 gün ərzində hansı ölkələrlə razılaşacaq? Hansı ölkələrdən hansı güzəştləri qoparacaq?
2024-cü ilin sonunda müsahibələrimdə 2025-ci ilin çətin və təlatümlü il olacağını söyləmişdim. Bir fikri unutmuşam. 2025-ci il həm də çox maraqlı bir il olacaqmış!