Qəza çərşənbə günü səhər saat 2.30 radələrində, Qeytşid (Gateshead) yaxınlığında, Dervent ho Roud (Derwent Haugh Road) ilə qovşağın yaxınlığında baş verib.
Hadisə yerinə 5 təcili yardım maşını, tibb işçiləri və təhlükəli ərazilərə müdaxilə qrupları sövq edilib. Beş nəfər xəstəxanaya yerləşdirilib.
Təcili yardım qrupları, hadisənin böyüklüyünə görə təcili yardım vertolyotunun istəndiyini açıqladı.
***
Bir-biri ilə toqquşan polis maşınlarından biri aşıb və orta maneəyə söykənib. Digər polis maşınının damı tamamilə qopub, üçüncünün qapısı söküldü.
Hadisə yerində polis itləri ilə axtarış aparılıb. Qara rəngli BMW polis maşınları arasında sıxışdırılıb. Qəzaya qarışan nəqliyyat vasitələrinin çıxarılması prosesi günorta saatlarına qədər davam edib.
Şahidlərin bildirdiyinə görə, maneəyə ilişmiş polis maşını qəzadan bir neçə saat sonra da mavi işıqlarını yandırmağa davam edib.
Nortumbriya polisi qəzadan sonra genişmiqyaslı araşdırmaya başlayıb. Polis rəsmiləri yolun saatlarla bağlı qaldığını bildiriblər.
Səlahiyyətlilər bildiriblər ki, əraziyə giriş bağlanıb və sürücülər imkan daxilində alternativ yollardan istifadə etməlidirlər.