Vaxt.Az

Udduğu pul hökumətə çatdı


 

Sosial yardımla yaşayan adamın lotereya uduşları əlindən alınacaq

Udduğu pul hökumətə çatdı İsveçrədə bir cütlük lotereya sayəsində təxminən 105.000 avro mükafat qazanıb. Ancaq etdikləri kiçik bir səhv ucbatından demək olar ki, bütün pullar hökumətə qalıb.

İsveçrənin Jura bölgəsində yaşayan cütlük martın 10-da “Carton” adlı “skretch” kart oyunu oynayıb. Şanslı nömrələri tapan cütlük təxminən 105 min avro (100 min İsveçrə frankı) qazanıb. Sevincdən boğulduğunu deyən cütlük qazandıqlarını bölüşmək üçün həyəcanlanıb.

Biletin üzərinə qalibin adını yazarkən kiçik səhvə yol veriblər. Cütlük uduşları bölüşdürməyə razılaşsalar da, biletin üzərinə yalnız ərinin adını yazıblar. Amma sən demə, həmin adam sosial müdafiə təşkilatlarına 90 min frank (95 min avro) civarında borcu olub.

Həyat yoldaşının heç bir borcu yoxdur. Lakin biletdə yalnız borclu şəxsin adı göstərildiyi üçün pul uduşunun böyük hissəsinin birbaşa sosial təminat idarəsinə köçürülməsi gözlənilir.

***

Bütün gözlər indi İsveçrənin “Loterie Romande” və Uşaq və Böyüklərin Müdafiəsi Agentliyinin (APEA) rəsmilərindədir. Mükafatın necə və kimə veriləcəyi ilə bağlı son qərarı qurumlar yaxın günlərdə verəcək.

 





09.04.2025    çap et  çap et