Trampın strategiyasının 75-dən çox ölkəni danışıqlar masasına oturtduğuna diqqət çəkən Bessent, danışıqlar aparmaq istəyənlərin 10 faizlik baza tarifinə düşəcəklərinə bildirib.
ABŞ Maliyyə naziri Çinin gərginliyi artırması səbəbiylə yüzdə 125 tariflə qarşı-qarşıya qaldıqlarını vurğulayıb.
“10 faizlik tarifə Meksika və Kanada da daxildirmi” sualına Bessent “Bəli” cavabını verib.
***
Bessent bildirib ki, Çin müasir dünya tarixində ən qeyri-sabit iqtisadiyyatdır və ABŞ-ın ticarət problemlərinin ən böyük mənbəyidir.
Çinin dünyanın qalan hissəsi üçün də problem yaratdığını iddia edən Bessent, “Mən buna ticarət müharibəsi demirəm. Amma deyirəm ki prezident Tramp buna çox cəsarətlə cavab verib və ticarət tərəfdaşlarımızla birlikdə həll yolu üzərində çalışacağıq”, – deyib.
Bessent Trampın böyük bir sövdələşmə çipi yaratdığını və xoş niyyətli danışıqlar tələblərinin müttəfiqlərdən gəldiyini söyləyib.
İndiyə qədər 75-dən çox ölkənin onlarla əlaqə saxladığını bildirən Bessent, “Bu gündən sonra bu rəqəmin daha da artacağını təxmin edirəm. Proses bir az vaxt aparacaq və prezident Tramp şəxsən iştirak etmək istəyir. Ona görə də 90 günlük fasiləyə gedirik”, – deyib.
***
Bessent bildirib ki, 10 faizlik əsas tariflər də qüvvədə qalacaq.
Bessent, tariflərdəki fasilənin bazar reaksiyası ilə bağlı olmadığını, əksinə bazarın keçən həftə gördükləri tarif dərəcələrinin artıq maksimum olduğuna bir az daha əmin olduqlarını söyləyib.