Vaxt.Az

“Bitcoin” yüksəlir


 

“Bazar yeni mühitə tez uyğunlaşacaq”

“Bitcoin” yüksəlir “Bitcoin” ABŞ prezidenti Donald Trampın tariflərdə dəyişiklik etməsindən sonra bahalaşıb.

“Bitcoin”ə nisbətən kiçik kriptovalyutaların bir çoxunun qiyməti daha çox yüksəlib. Bu, ABŞ prezidenti Donald Trampın qisas almayan onlarla ölkəyə qarşı tarifləri dayandıracağını elan edərək bazarları təəccübləndirdikdən sonra baş verib.

Ən böyük rəqəmsal valyuta olan “Bitcoin”, dünən səhər enişlə başlayandan sonra 7,7 faiz artaraq 82 967 dollara yüksəlib. XRP və Solana 11 faizdən çox artıb. İkinci ən böyük kriptovalyuta olan “Ethereum” da Trampın sosial media platformasındakı açıqlamasından sonra yüksəlib.

Trampın qəfil siyasət dəyişikliyi qlobal bazarlardan trilyonlarla dolları silən və ABŞ-da tənəzzül qorxusunu artıran ticarət gərginliyində müvəqqəti fasiləyə bərabər sayılır.

“Bu dəlilikdir!”, – “Split Capital” kriptovalyuta fondunun təsisçisi Zahir Ebtikar bildirib. “Son iki həftə ərzində administrasiya tariflərlə bağlı çox qərarlı idi. Lakin prezidentin fikrini bu qədər tez dəyişməsi faktı göstərir ki, hazırda əhəmiyyətli çeviklik var. Bazar bu yeni mühitə tez uyğunlaşacaq”.

 





10.04.2025    çap et  çap et