Vaxt.Az

Neft qiymətləri nəfəs aldı


 

Tariflər təxirə salındı, qara qızıl yenidən yüksəlişə keçdi

Neft qiymətləri nəfəs aldı Neftin qiyməti 4 faizdən çox artaraq yenidən qalxdı. Çərşənbə günü neft qiymətləri sessiyanın əvvəlində dörd illik minimuma endikdən sonra 4 faizdən çox artaraq yenidən yüksəldi.

“Brent” markalı neftin bir barreli 2,66 dollar – 4,23 faiz artaraq 65,48 dollara çatıb; ABŞ xam nefti 2,77 dollar – 4,65 faiz bahalaşaraq 62,35 dollara çatıb.

Artım ABŞ Prezidenti Donald Trampın Çinə tarifləri daha da artıracağını, lakin keçən həftə elan etdiyi tarifləri əksər ölkələr üçün dayandıracağını açıqlamasından sonra baş verib.

Tramp dərhal qüvvəyə minən Çin üçün tariflərini 125 faizə qaldırıb. Keçən həftə digər ölkələr üçün açıqlanan tariflərə 90 günlük möhlət tətbiq edib. Çinə qarşı əvvəl elan edilmiş 104 faizlik tarif dünən səhər qüvvəyə minmişdi.

Buna cavab olaraq Çin, bu gündən etibarən ABŞ mənşəli məhsullara əlavə 84 faiz rüsum tətbiq edəcəyini açıqladı.

 





10.04.2025    çap et  çap et