Okonjo-İveala verdiyi yazılı açıqlamada, ABŞ və Çin arasındakı tarif hesablaşmasının iki ölkə arasındakı ticarətlə yanaşı, qlobal iqtisadi mənzərəyə də zərər verə biləcəyini söylədi.
Qlobal ticarətin əhəmiyyətli bir hissəsini təşkil edən dünyanın iki ən böyük iqtisadiyyatı arasında qisasa-qisas yanaşmasının risklərinə diqqət çəkən Okonjo-İveala, “İlkin hesablamalarımıza görə, bu iki iqtisadiyyat arasında mal ticarəti yüzdə 80-ə qədər azala bilər”, – deyib.
Okonjo-İveala, mənfi makroiqtisadi inkişafın digər iqtisadiyyatlara, xüsusilə də ən zəif inkişaf etmiş ölkələrə yayılacağını vurğulayaraq, “Qlobal ticarətin geosiyasi xətlər üzrə parçalanma potensialı xüsusilə narahatedicidir. Qlobal iqtisadiyyatın iki bloka parçalanması qlobal real ÜDM-in 7 faizə yaxın uzunmüddətli azalmasına səbəb ola bilər. Üstəlik, ticarətin oriyentasiyası koordinasiyalı qlobal reaksiya tələb edən təcili və ciddi təhlükə olaraq qalır. Biz bütün DTT üzvlərini əməkdaşlıq və dialoq vasitəsilə bu problemi həll etməyə çağırırıq”, – deyib.
“Qlobal birliyin beynəlxalq ticarət sisteminin açıqlığını qorumaq üçün birgə işləməsi çox vacibdir. DTT üzvləri açıq, qaydalara əsaslanan ticarət sistemini saxlamağa borcludurlar. DTT dialoq üçün mühüm platforma rolunu oynayır. Bu məsələlərin əməkdaşlıq yolu ilə həll edilməsi vacibdir”.