Vaxt.Az

“Milli maraqlara ziddir”


 

Fars-molla rejimindən ruporuna Qasım Süleymani xəbərdarlığı

“Milli maraqlara ziddir” İran Prezidenti Məsud Pəzeşkian açıqlamasında bildirib ki, Tehran nüvə silahı əldə etməyə çalışmır və bir daha Qərb ölkələrini bu mövzu ətrafında manipulyasiya etməyə son qoymağa çağırıb.

O, həmçinin vurğulayıb ki, İran ABŞ-la, xüsusilə iqtisadi sahədə əlaqələrin yaxşılaşdırılmasına imkan yaradacaq danışıqlara açıqdır.

Prezidentin sözlərinə görə, belə bir proses yalnız qarşı tərəfin səmimi yanaşması və hər iki tərəfin güclü siyasi iradə nümayiş etdirməsi nəticəsində mümkün ola bilər.

Digər tərəfdən, İranın mətbuat nəzarət şurası “Keyhan” qəzetinə xəbərdarlıq edib. Səbəb isə nəşrdə general Qasım Süleymaninin qətlinə görə “Tramp ölümlə cəzalanmağa layiqdir” ifadəsinin yer alması olub. Rəsmi şəxslər bildiriblər ki, bu cür ifadələr ölkənin milli maraqları ilə ziddiyyət təşkil edir.

 





10.04.2025    çap et  çap et