Danimarkanın Kopenhagen Hava Limanından qalxan və yalnız “SAS EuroBonus” loyallıq proqramının üzvlərinə açıq olan bu uçuşda sərnişinlər təyyarə enənə qədər hara getdiklərini bilmirlər. Bu konseptlə sonuncu uçuşun istiqaməti İspaniyanın Sevilya şəhərində olub.
***
İlk dəfə 2024-cü ildə edilən bu sirli uçuşlar qısa zamanda böyük marağa səbəb olub. Bu ilki uçuşun biletləri cəmi 4 dəqiqəyə satılıb. Uçuşda iştirak yalnız loyallıq xalları ilə mümkündür. Uçuş zamanı marşrutu yalnız pilotlar bilir. Kabin heyəti də daxil olmaqla heç kimin eniş nöqtəsindən xəbəri olmur. Hava limanında sərnişinlər “Sirli uçuş” kimi ümumi ifadələrlə yönləndirilir.
***
Builki uçuş Əndəlüsün ürəyi olan Sevilyada başa çatıb. İştirakçılar üçün flamenqo tədbirləri, tarixi gəzinti turları və yerli yeməklərin dequstasiyası kimi sürprizlər təşkil olunub. Səyahət təkcə sirr elementi ilə deyil, həm də viza tələblərinin asanlığı ilə diqqət çəkir. Bütün uçuşlar Şengen zonası daxilində həyata keçirildiyi üçün heç bir əlavə sənədləşmə və ya viza problemi olmur...