Airnav.radar uçuş izləmə portalının məlumatına görə, Ukraynanın “SkyUp” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilən “Air Cairo” SM2971 reysi nəhayət aprelin 7-də saat 07:24-də havaya qalxıb.
Misirin Air Cairo aviaşirkəti “AeroTelegraph” portalına uzunmüddətli gecikməni təsdiqləyərək, “aprelin 5-də 2971 saylı reys planlaşdırılmamış texniki xidmətlə əlaqədar 40 saat gecikib”, – deyib.
Planlaşdırılan gediş vaxtı bir neçə dəfə təxirə salınıb. Əvvəlcə aprelin 6-da səhər saat 9-a, sonra isə son gediş tarixi təyin olunmadan həmin gün saat 12:00-a qədər təxirə salınıb.
40 saatlıq gecikmə də sərnişinləri məyus edib və bir çox sərnişin bu vəziyyətə üsyan edib.