Vaxt.Az

“Biz daha çox işləməliyik”


 

Avropada iş saatını artırmaq tələbləri

“Biz daha çox işləməliyik” Baden-Vürtemberq əyalətinin baş naziri Vinfrid Kretçman Almaniyadakı iqtisadi vəziyyət fonunda iş saatlarının artırılmasına çağırıb.

Yaşıllar Partiyasının siyasətçisi Kretçman “Stern” jurnalına, “Bizim böhranda həmişə daha az işləmək istəməyimiz tamamilə anaxronizmdir. Almaniya bütün sənayeləşmiş ölkələr arasında ən aşağı illik iş saatına malikdir. Biz daha çox işləməliyik”, – deyib.

"Mənim 76 yaşım var və gündə 12 saat işləyirəm", – deyə Kretçman öz nümunəsini gətirərək, "nə qədər ki, biz sağlamıq və uşaq böyütmürük və ya qohumlarımıza baxmırıq, biz daha çox çalışmalıyıq", – deyib.

Kretçman işgüzar dairələrin bayramı ləğv etmək təkliflərini rədd edir. Kretschmann xatırladıb ki, dövlət bayramları konstitusiya qanunu ilə qorunur.

 





10.04.2025    çap et  çap et