Vaxt.Az

“Eligard”ın ixtiraçısı iflas etdi


 

Xərçəngin dərmanını tapan şirkət zərərlə işləyir

“Eligard”ın ixtiraçısı iflas etdi Almaniyada iflaslar davam edir. Biotexnoloji şirkət “Medigen” iflas ərəfəsindədir. Münhen yaxınlığındakı Martinsried şəhərində yerləşən şirkət üç gün öncə elan etdi ki, tezliklə müflis olmaq barədə müraciət səlahiyyətli yerli məhkəməyə edəcək.

Açıqlamaya görə, aktivlərinin yenidən qiymətləndirilməsindən sonra, açıq şəkildə satılan şirkət may ayında müflis olacağını güman edir.

1994-cü ildə Münhen Gen Mərkəzində yaradılan şirkət və 2000-ci ildən Frankfurt Birjasında siyahıya alınıb. “Medigene AG” immun hüceyrə əsaslı xərçəng müalicələrini tədqiq edir. İllər öncə “Medigene AG” genetik ziyil məlhəmi “Veregen”in və xərçəng dərmanı “Eligard”ın hüquqlarını satmışdı. Şirkət sonuncu dəfə 16 milyon avro zərərlə 6 milyon avroya yaxın dövriyyə qeydə almışdı.

 





10.04.2025    çap et  çap et