Vaxt.Az

Kilsəyə cəlb etməyin müasir üsulu


 

İbadət etməyənlər üçün pulsuz parkinq qadağası

Kilsəyə cəlb etməyin müasir üsulu İngiltərədə kilsələrdə ibadət etməyən insanların ibadət evləri ərazisində pulsuz avtomobil parklanması qadağan olunub. Avtomobillərini kameraların quraşdırıldığı küçələrdə saxlayanlar aşkarlanıb cərimələnəcək. Bu qərar şəhərdə mübahisə yaradıb.

Meydstondakı Müqəddəs Ailə Katolik Kilsəsində ibadət etməyənlərin kilsə ərazisində avtomobil parkından istifadə etməsinə icazə verilmir. Ərazidə kilsəyə gəlməyənlərin avtomobilləri aşkar edilib və cərimələnib.  Avtomobillərin sahibləri nömrə tanıma sistemi ilə müəyyən olunub.

***

Kilsə rəhbərliyi icazəsiz avtomobillərin sayının artması səbəbindən qanuni istifadəçilərin park etmək üçün yer tapmaqda çətinlik çəkdiklərini və bu səbəbdən tədbir gördüklərini bildirib. Rahib Desmond Mbidoaka, bəzi sürücülərin əraziyə zibil atması, ətrafdakılarla aqressiv davranması və kilsə işçilərini incitməsi səbəbindən qərarın zəruri olduğunu söyləyib.

***

Amma yerli sakinlər deyirlər ki, ərazidə tikinti işləri aparıldığı və parkinq yeri məhdud olduğundan başqa seçimləri yoxdur. Bir çoxu bu yerlərdən illərdir istifadə etdiklərini bildirib və kilsənin bu münasibətini biabırçı adlandırıblar.

Şəhər Şurasının üzvü Dan Uilkinson kilsə ilə bələdiyyə arasında həll yolu tapmaq üçün addımlar atacağını açıqlayıb. Qarşı tərəfdəki mənzil tikintisi başa çatdıqdan sonra vəziyyətin normallaşacağı gözlənilir.

 





10.04.2025    çap et  çap et