Papa Fransisk İngiltərə kralı III Çarlzı qəbul etmək üçün çərşənbə günü Vatikanda mərasim keçirib və Kraliça Kamilla ilə təkbətək görüşüb.
Səfər kral cütlüyünün İtaliyaya dörd günlük rəsmi səfərinin bir hissəsi idi. Bu həm də onların toylarının iyirminci ildönümünə təsadüf edirdi.
Görüş ikitərəfli pnevmoniya ilə xəstəxanada beş həftə qalan və təzəliklə Vatikana qayıdan Papanın media ilə ilk rəsmi təması olub.
Ölümdən xilas olan və hətta həkimləri onun müalicəsini dayandırmağı düşünən Papa Vatikanda Kral Çarlzın əlini sıxıb.
***
Papa daha əvvəl kral Çarlzla görüş planlaşdırmışdı, lakin səhhəti ilə əlaqədar səfər təxirə salınmışdı. Nəhayət, yeni dəvət göndərildi, lakin bu dəvət Papanın sağlamlıq vəziyyətindən asılı idi.
Görüş günorta saatlarında baş tutub və təxminən iyirmi dəqiqə davam edib. Görüş zamanı hədiyyələr mübadiləsi aparılıb. Vatikan rəsmiləri kral Çarlzın Vatikana gələcək səfərinin gündəmdə olduğunu və bu mövzuda müzakirələrin davam etdiyini açıqlayıb. Papa cütlüyü ildönümü münasibətilə təbrik edib. Kral və kraliça da Papaya tezliklə sağalma arzularını çatdırıblar.
"Əlahəzrət Britaniya Kralı Papanın onları qarşılamaq üçün kifayət qədər mehriban olmasından və şəxsən ən xoş arzularını çatdırmaqdan məmnun olduğunu bildirib”, – Bukingem Sarayı bildirib.
Cümə axşamı yayımlanan bir fotoşəkildə Çarlz qırmızı hədiyyə qutusu tutur və Kamilla Papanın əlini sıxır. Cütlüyü kreslosundan qarşılayan Papanın görüş zamanı oksigen balonundan istifadə etmədiyi qeyd edilib. Vatikan bildirib ki, Papanın əlavə oksigenə ehtiyacı azalıb və o, qısa müddətə daha sərbəst ola biləcək.