Visbadendəki Federal Statistika İdarəsinin məlumatına görə, oflayn adlandırılan istifadəçilərin nisbəti 65-74 yaşlılar arasında ən yüksək olub. Həmin qrupun 12 faizi oflayn idi.
45-64 yaş qrupunun 4 faizi heç vaxt internetdən istifadə etmədiyini deyir. 16-44 yaş qrupunda bu rəqəm 2 faiz olub.
Avropada vəziyyət necədir?
Avropa Birliyində 16-74 yaşlı insanların orta hesabla 5 faizi heç vaxt internetdən istifadə etməyib. Ölkələr arasında bəzi mühüm fərqlər var. Hollandiya və İsveçdə bu nisbət 1 faizdən də az olub. Oflayn istifadəçilərin ən yüksək göstəriciləri müvafiq olaraq 14 faiz və 11 faizlə Xorvatiya və Yunanıstanda müşahidə olunub.
Birləşmiş Millətlər Təşkilatına daxil olan Beynəlxalq Telekommunikasiya İttifaqının hesablamalarına görə, ötən il dünya əhalisinin təxminən üçdə biri internetdən istifadə etməyib. Bu, təxminən 2,6 milyard insana uyğundur.