Miçiqan Dövlət Universitetinin Mikrobiologiya professoru, Ceyms Tidcenin rəhbərlik etdiyi komanda bu dərin torpaq qatlarında “CSP1-3” adlı yeni mikrob filumunu kəşf etdi. Sözügedən mikroorqanizmlər ABŞ-ın Ayova ştatında və Çində dərin torpaq nümunələrindən götürülüb.
Tədqiqatçılar aşkar ediblər ki, CSP1-3 ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb və zaman keçdikcə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar. DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib.
Tidcenin komandası mikrobların yarandığı isti bulaqlardakı temperatur şəraitini yenidən yaradaraq onların becərilməsi ilə bağlı təcrübələr aparır. Uğurlu olarsa, biotexnoloji tətbiqlər üçün bu mikroorqanizmlərin genetik xüsusiyyətləri, məsələn, çirkləndiriciləri parçalamaq qabiliyyəti də araşdırılacaq.
Professor Tiedje bu yeni kəşfin əhəmiyyətini vurğulayaraq, “Bu mikroorqanizmlər haqqında hələ bilmədiyimiz çox şey var. Ancaq bu məlumatları öyrənə bilsək, dünyamızın üzləşdiyi ekoloji problemlərə təsirli həll yolları inkişaf etdirə bilərik”, – deyib.