Vaxt.Az

Çinə rüsumlar 145 faizə qaldırıldı


 

Tramp əczaçılıq xammalı və strateji sektorları hədəfə alıb

Çinə rüsumlar 145 faizə qaldırıldı ABŞ-ın Çindən idxal etdiyi məhsullara tətbiq etdiyi tarif dərəcəsini daha 20 faiz qaldırıb. Ağ Ev rəsmisinin CNBC-yə verdiyi açıqlamaya görə, ABŞ prezidenti Donald Trampın imzaladığı son sərəncamla Çin mallarına tətbiq edilən tarif dərəcəsi 125-dən 145 faizə qaldırılıb. Ekspertlər bu vəziyyəti ticarət müharibəsində yeni eskalasiya kimi şərh edirlər.

Tramp administrasiyası xüsusi olaraq əczaçılıq xammalı və strateji sektorları hədəf alan bu vergi artımı ilə Çinə iqtisadi təzyiqi artırmağı hədəfləyir.

Əvvəlki açıqlamalarında Tramp Çini Amerika sənayesini və işçi qüvvəsini təhdid edən bir ölkə adlandırıb və tarifləri Pekinə qarşı ən təsirli silah kimi təsvir edib.

Çin tərəfdən hələlik rəsmi cavab gəlməyib. Lakin bəllidir ki, Pekin daha əvvəl də oxşar addımlara qisasla cavab verib.

 





10.04.2025    çap et  çap et