Vaxt.Az

“Qılıncı görürsünüzmü?”


 

Bild: “Yaxın Şərqdə baş verənlər yaxınlaşmaqda olan fırtınanın əlamətləridir”

“Qılıncı görürsünüzmü?” Almaniyanın məşhur “Bild” qəzeti, ABŞ-ın bölgədəki son hərbi hərəkətliliyinə diqqət çəkərək yazıb ki, “əlamətlər yaxınlaşan bir fırtınadan xəbər verir”.

Qəzet, hərbi ekspertlərin fikrinə istinad edərək bildirib ki, ABŞ-ın “B-2” bombardmançı təyyarələri ilə Yəməndəki mövqelərə son hücumları, İranı hədəf alan mümkün bir hücumun sınağı kimi qiymətləndirilə bilər.

Qəzet, “Gələcək günlərdə ABŞ İrana hava hücumu edəcəkmi”, – sualını verir.

Nəşrin məlumatına görə, ABŞ ordusu özünün ən böyük və ölümcül silahlarını hazırlamaqdadır. Bu hazırlıqlar, xüsusilə Vaşinqton və Tehran arasında Oman vasitəsilə aparılan dolayı danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Donald Tramp üçün ciddi bir seçimə çevrilə bilər.

Təqaüddə olan general Blain Holt “Bild”ə verdiyi açıqlamada, “B-2” və “B-52” bombardmançılarının eyni anda nümayiş olunmasını “xəbərdaredici bir mesaj” kimi qiymətləndirib və belə deyib: “Qılıncı görürsünüzmü?”

Qəzet əlavə edir ki, Pentaqon İrana qarşı öz hərbi planlarını genişləndirib və hətta nüvə hücumları üçün ssenariləri də müzakirə edib. Eyni zamanda, İran xəbərdarlıq edib ki, əgər ona hücum olunsa, ABŞ-ın “Dieqo Qarsiya” hərbi bazasını hədəf alacaq.

 





10.04.2025    çap et  çap et