1993-cü ildə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün qondarma rejimin “hərbi komissarlığı”ndan çağırış alan M.Paşayan “Əskəran polku” adlandırılan erməni yaraqlılarının batalyonunda döyüşüb.
Aprelin 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini və bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş postlarında durduğunu etiraf edib.
Ermənistan Respublikası tərəfindən “Kalaşnikov” silahıyla təmin olunduğunu və Azərbaycan ərazilərinə döyüşə göndərildiyini bildirən M.Paşayan, lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala isə cavab verə bilməyib.
Əslində, bu sualı heç bir erməni separatçısı, terrorçusu obyektiv və səmimi şəkildə cavablandıra bilməz. Çünki onlar Azərbaycan ərazisində qanunsuz işlərlə məşğul olduqlarını, sülh və insanlıq əleyhinə cinayətlər törətdiklərini, azərbaycanlıları soyqırımına məruz qoyduqlarını özləri də yaxşı dərk edirlər.
Ona görə də nəticə etibarilə, Melikset Paşayan da, “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyərək Azərbaycana qarşı təcavüzkarlıq prosesinin bir parçası olduğunu etiraf etməli olub. Və əksər ermənilər bu və ya digər formada bu prosesin iştirakçısı olublar. Ona görə də, təkcə Bakıda məhkəmə kürsüsünə çıxarılan 10 -15 separatçının yox, əslində, bütün ermənilərin və bütövlükdə Ermənistan dövlətinin denasifikasiya olunmasına ciddi şəkildə ehtiyac var.
Bəli, erməni toplumunun və Ermənistan dövlətinin denasifikasiyası və demilitarizasiyası qaçılmaz zərurətdir. Bunu araiklərin, vardanyanların, david babayanların, david manukyanların, melikset paşayanların məhkəmədəki şok etirafları da təsdiqləyir. Bütün erməni toplumu iliyinə qədər irqçi-nasist ideyalarla zəhərlənib.
Görünən budur ki, biz əvvəl-axır bu denasifikasiyanı həyata keçirməliyik. Ermənistanın sülhə tələsməməsi də bunu qaçılmaz edir...
(ardı var)