Vaxt.Az

“Bizi qarşıda 20 çətin il gözləyir”


 

İranlı sosioloqun açıqlamaları hökumət koridorlarında rezonans doğurub

“Bizi qarşıda 20 çətin il gözləyir” İranın “Khaneh Eqtesad” xəbər agentliyi, İctimai Siyasət Araşdırmaları Şəbəkəsinin keçmiş direktoru, sosioloq Məhəmməd Fazelinin açıqlamalarını dərc edib. Sosioloq ölkənin mövcud problemlərinin hətta ABŞ-la razılaşma əldə olunsa belə, tez bir zamanda həll olunmayacağını bildirib.

Müsahibədə Fazeli, “Əgər bu gündən etibarən bütün əzm və koordinasiya ilə hərəkət etsək belə, bizi qarşıda 20 çətin il gözləyir”, – deyib.

Fazeli, hazırkı sosial və siyasi problemlərin səthi deyil, dərin və sistemli olduğunu vurğulayaraq, real və uzunmüddətli strategiyalar olmadan ölkənin gələcəyinin daha da ağırlaşacağını bildirib.

Xəbər agentliyi yazır ki, Fazelinin fikirləri Məsud Pezeşkiana yaxın hökumət çevrələrində də rezonans doğurub.

Bu açıqlamalar, ölkə daxilində sosial, iqtisadi və siyasi böhranların davamlılığı və struktur dəyişikliklərinin zəruriliyi barədə narahatlıqları bir daha gündəmə gətirib.  Ekspertlər bildirirlər ki, hökumət bu problemləri yalnız fundamental islahatlar və uzunmüddətli planlarla həll edə bilər. Ancaq bunun baş verəcəyi inandırıcı görünmür.

 





10.04.2025    çap et  çap et