Vaxt.Az

Qızıl rekord təzələdi


 

ABŞ fond bazarları kəskin ucuzlaşıb

Qızıl rekord təzələdi ABŞ və Çin arasındakı ticarət müharibəsi ABŞ fond bazarlarında kəskin enişə səbəb olsa da, qızıl təhlükəsiz liman alışları ilə rekordlar qırdı.

İki ölkə arasında ticarət gərginliyinin artması “Wall Street”də təlatümə səbəb oldu. Səhmlər, dollar və neft ucuzlaşsa da, tariflər investorları təhlükəsiz sığınacaqlara aparan qızıl qiymətləri yeni rekordlar vurdu.

Qızılın bir unsiyasının qiyməti 3 faiz artaraq 3175 dollara çatıb və rekord qırıb. Dünən də qızılın unsiya qiyməti təxminən 3 faiz artmışdı.

ABŞ fond bazarlarında son 5 ilin ən böyük satışının ardından bu gün də eniş davam edib. “S&P 500” indeksindəki eniş 6 faizi keçdiyi halda, “Nasdaq 100” indeksindəki azalma 7 faizə çatıb. Dollar indeksi 1,9 faiz itirərək 101-dən aşağı düşərək 2024-cü ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb.

ABŞ-ın 30 illik xəzinə istiqrazlarının gəlirliliyi 12 bənd artaraq 4,85 faizə çatıb.

Avro dollar qarşısında 2023-cü ilin iyul ayından bəri ən yüksək həddə – 1,1228 səviyyəsinə çatıb.

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsinin kəskinləşməsinin qlobal böyüməyə qalıcı ziyan vuracağına dair narahatlıqlar satışların başlamasına səbəb olur.

Ağ Ev, ABŞ prezidenti Donald Trampın dünən açıqladığı Çinə tətbiq edilən tarif dərəcəsinin yüzdə 125-ə qaldırılacağını, yalnız qarşılıqlı tarifləri əhatə etdiyini, fentanil böhranı səbəbiylə tətbiq edilənlər də nəzərə alındıqda ümumi tarif dərəcəsinin yüzdə 145-ə çatdığını bildirib.

 





10.04.2025    çap et  çap et