Vaxt.Az

AB-dən ABŞ-a eyni möhlət


 

Polad və alüminium tarifləri dayandırılır

AB-dən ABŞ-a eyni möhlət ABŞ prezidenti Donald Tramp qlobal bazarları silkələyən tarif planından geri çəkildikdən sonra Avropa Birliyi (AB) də eyni cavabı verdi.

AB ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi tariflərə qarşı tədbirləri 90 gün müddətinə dayandıracağını bildirib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen, AB-nin ABŞ prezidenti Donald Trampın aprelin 15-də qüvvəyə minməsi planlaşdırılan əlavə gömrük rüsumlarına qarşı tədbirlərini 90 gün müddətinə dayandıracağını açıqlayıb.

“Biz Prezident Trampın bəyanatını nəzərə aldıq. Danışıqlara şans vermək istəyirik. Üzv dövlətlər AB-nin cavab tədbirlərini qəti şəkildə dəstəkləsələr də, biz bu tədbirləri 90 gün müddətinə dayandıracağıq”, – von der Leyen “X” sosial media platformasında bildirib.

Prezident Trampın AB-dən polad və alüminium idxalına tətbiq etdiyi 25 faizlik rüsumlara cavab olaraq, AB-nin ABŞ-dan idxal etdiyi təqribən 21 milyard avro dəyərində mallara cavab rüsumlarının aprelin 15-də qüvvəyə minəcəyi gözlənilirdi.

 





10.04.2025    çap et  çap et