“Çinlə nə baş verəcəyini görəcəyik. Onlarla razılaşmaq istərdik”, – Tramp deyib.
ABŞ-ın beynəlxalq ticarət yolu ilə Çinlə çox ciddi bir xarici kəsir yaşadığını və bunun dayanıqsız həddə çatdığını ifadə edən ABŞ prezidenti, “Uzun müddətdir ki, bizim ölkədən sui-istifadə etdilər, indi yenidən masa qururuq və razılaşa biləcəyimizə əminəm”, – deyib.
***
Çin prezidenti Si Cinpinlə birbaşa danışıqlar aparıb-aparmayacağı sualına dəqiq cavab verməyən Tramp Pekinlə təmaslara hər zaman açıq olduğu mesajını verib.
“Prezident Siyə böyük hörmətim var. O, mənim çoxdankı dostumdur. Düşünürəm ki, biz hər iki ölkəmiz üçün çox yaxşı olacaq bir şey üzərində işləyəcəyik. Mən bunu səbirsizliklə gözləyirəm”, – Tramp deyib.
Digər ölkələrlə qarşılıq verməyən gömrük müqavilələri bağlamağa çox yaxın olduqlarını və danışıqların davam etdiyini qeyd edən Tramp, “Ancaq bəyəndiyimiz razılaşmalar etməliyik, pis razılaşma etmək istəmirik”, – deyib.
Tramp bir suala cavab olaraq, gömrük danışıqlarında Avropa Birliyini (AB) bir blok olaraq gördüklərini vurğulayaraq, “Bizə qarşı çox sərt idilər, amma ağıllı idilər. İntiqam almağa hazır idilər, amma sonra Çinə etdiklərimizi gördükdə geri çəkilməyə qərar verdilər”, – deyib.
***
Digər tərəfdən, Tramp kabinet iclasında sual verilərkən Rusiya-Ukrayna müharibəsini bitirmək üçün işləri davam etdirdiklərini vurğuladı.
“Biz həqiqətən bu müharibəni dayandırmaq istəyirik. Həftədə 2500-dən çox gənc öldürülür. Ruslar və ukraynalıdırlar, amerikalı deyillər, lakin onlar da insandırlar. Biz bunu dayandıra biləcəyimizi görməyə çalışırıq. Bununla bağlı irəliləyiş əldə edirik”.
***
Digər tərəfdən Tramp Panama kanalını geri almaq və bölgədə nəzarəti bərqərar etmək üçün bu ölkəyə əsgər göndərdiklərini açıqlayıb.
“Panamaya çoxlu qoşun göndərdik və əvvəllər bizdə olmayan bəzi əraziləri doldurduq. İndi ora çox yaxşı nəzarət altındadır”, – Tramp deyib.
ABŞ-ın müdafiə naziri Pit Heset də mövzu ilə bağlı “Panama kanalını geri alırıq. Çinin kanal üzərində çox böyük təsiri var. Bizcə Panama da Çinin oradan çıxmasını istəyir”, – deyib.
Heqset əlavə edib ki, onlar Amerikanın Panamadakı hərbi mövcudluğunu artırmaq məqsədi daşıyan iki yeni saziş imzalayıblar.