ABŞ mətbuatında çıxan xəbərlərə görə, helikopter böyük ehtimalla turistik məqsədlə istifadə edilib və qəzada 6 nəfər həyatını itirib.
Nyu York meri Erik Adams keçirdiyi mətbuat konfransında qəzada həlak olanların 3-ü böyük, 3-ü uşaq olduğunu açıqlayıb.
Helikopterdə pilotla yanaşı, İspaniyadan Nyu-Yorka gələn bir ailənin də olduğunu qeyd edən Adams, qəzanın səbəbini müəyyən etmək üçün istintaq başladıldığını açıqladı.
NYPD komissarı Cessika Tisç, dörd nəfərin qəza yerində, iki nəfərin isə xəstəxanada öldüyünü deyib.
Tisç, həlak olanların ailələrinə məlumat vermə prosesində olduqlarını, lakin həyatını itirənlərin adlarını açıqlamayıb.