«Cihad əl-nikah» (seks-cihad) adlanan bu fitvaya bağlı isə Sumqayıtdakı həvariclər sosial şəbəkələrdə təbliğat aparırlar. «Həvariclər dini pərdə altında qadınları müharibəyə çəkməyə cəhd edirlər. Məqsəd isə mücahid kişilərin ehtiyaclarını ödəməkdir.
Bu barədə vesti.az-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.
«Diqqəti çəkən odur ki, həvariclər sektasına girən qadınlar təhsilli deyillər, hətta çoxu 10-cu sinfi başa vurmayanlardır. Belələrini aldatmaq və cihad etməyə yollanacaqları halda düz yol seçəcəklərinə inandırmaq asandır. Üstəlik, biz bir neçəsi ilə söhbət etmişik. Onlar fitvaya gedəcəkləri halda, Allah yolunda qüvvələrini sərf edəcəklərinə həqiqətən inanırlar», - deyə idarədən bildirilib.
İndiyədək həvariclər sektasının 210 üzvünün uçota alındığı məlumdur. Bununla yanaşı, əməliyyatçılar Sumqayıtın II mikrorayonunda yaşayan qadının öz uşaqlarını da götürüb Suriyaya cihada getdiyi barədə məlumat alıblar.
Bəzi xəbərlərə görə, qadın ərini atıb. Bu barədə polislərə onun əri deyib. Tam mümkündür ki, o, Suriyaya gedənlər tərəfindən «verbovka» olunması səbəbindən belə qərar verib.
Polis qadının valideynləri ilə əlaqə saxlayıb. Valideynlər qızlarının evdə olduğunu desələr də, onun özü ilə danışmaq mümkün olmayıb.