Belə ki, “Bitcoin” 7,5 faiz artaraq 82 min dollara çatıb. “Ethereum” 1600 dollara qalxıb, Solana isə 11 faiz bahalaşaraq 114 dollara yaxınlaşıb. İnflyasiyanın azalması investorların FED-in uçot dərəcəsini azaltma ehtimalını yenidən qiymətləndirməsinə səbəb olub.
Məlumatlar Prezident Donald Trampın son tarif siyasətlərinin yumşaldılması siqnalından sonra gəlir. Tramp Çin məhsullarına rüsumları 145 faiz artırsa da, bazarları qismən arxayınlaşdıraraq, digər ölkələr üçün bəzi artımları 90 gün təxirə salmağa qərar verib. Bu, ticarətlə bağlı tənəzzüllə bağlı narahatlıqları müəyyən dərəcədə azaltmağa kömək etdi.
FED-in 2 faizlik inflyasiya hədəfi keçilsə də, son iki ayda inflyasiyanın aşağı düşməsi tendensiyası mərkəzi bankın qarşıdakı aylarda daha humanist mövqe tutacağına dair gözləntiləri artırır. Bu mühit faiz gətirməyən və risk iştahasına həssas olan kriptovalyutalar üçün dəstək olmağa davam edir.