XXI Əsrin 25-ci ili! Azərbaycan…
Nazir AMEA-nın prezidenti başda olmaqla akademikləri və müxbir üzvləri bütün iclaslarda danlayır. Onların hamısı nazirin dedikləri ilə razılaşır. Bəs akademik və AMEA-nın müxbir üzvü kimlərdir?
Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsində deyilir:
5.3. Akademiyanın həqiqi üzvləri (akademikləri) Azərbaycan Respublikasının vətəndaşı olan, elmi istiqamətlər üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, elmi məktəblər yaradan Akademiyanın müxbir üzvləri sırasından seçilirlər.
5.4. Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikası vətəndaşları sırasından seçilirlər.
AMEA-nın, Elm və Təhsil Nazirliyinin tabeliyində olan bütün institutların direktorları akademik və müxbir üzvlərdir. Ancaq insafən nazirin onları tez-tez danlamasına rəğmən arada bir-biriləri ilə pıçıldaşırlar. Bəli, pıçıltının özü də elmdir. Məsələn AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli heç pıçıldamır. Siz heç İsa Həbibbəylini pıçıldayan görmüsünüz?